Sabahın havası: Bulud, şimşək, yağış...

Azərbaycanda sabaha, avqustun 6-da gözlənilən hava şəraiti açıqlanıb. 

Sabahın havası: Bulud, şimşək, yağış...

Azərbaycanda sabaha, avqustun 6-da gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Peyk.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz  27-31, Bakıda  gecə 22-24, gündüz 28-30 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında  havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında  şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək.

Havanın temperaturu  gecə 19-24, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə  isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 6-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

www.Peyk.az