ŞAD XƏBƏR! Maaş və pensiyalar artırılacaq

Bu gün Milli Məclisin komitələrində gələn ilin dövlət və icmal büdcələrinin müzakirələri başlayıb. 2020-ci lin büdcəsi ilə ötən ilin büdcəsi arasında hansı fərqlər olacaq?

ŞAD XƏBƏR! Maaş və pensiyalar artırılacaq
https://peyk.az

Peyk.az sonxebere istinadən xəbər verir ki, Bununla bağlı deputat Tahir Rzayev bildirib ki, bu ilki büdcə sosial yönümlü olması ilə fərqlənir: 
"Çünki insanların yaşayışının yaxşılaşdırılması ölkə rəhbərliyinin əsas məqsədidir. Ona görə də bütün büdcələr sosial yönümlüdür. Çünki büdcə xərclərinin 38.5 faizini artıq sosial məsələlər əhatə edir. Bu, çox böyük bir rəqəmdir. Sosial sferanı əhatə edən bütün sahələrdə artım olacaq. Əgər artım varsa, gələcəkdə bu müəyyən qaydada pensiyaların, maaşların artırılmasına zəmin yaranacaq. Bundan başqa elmin, mədəniyyətin, təhsilin, səhiyyənin inkişafı üçün əlavə xərclər nəzərdə tutulub. Digər tərəfdən kənd təsərrüfatının inkişafı qarşıya məqsəd kimi qoyulub. Belə ki, kənd təsərrüfatının və sahibkarlığın inkişafı üçün büdcədən müəyyən əlavə vəsaitlər də ayrılacaq".