Home Ölkə “Sakinlərin iddiası sübuta yetirilərsə pulları geri qaytaracağıq” – “Milliön”dən AÇIQLAMA

“Sakinlərin iddiası sübuta yetirilərsə pulları geri qaytaracağıq” – “Milliön”dən AÇIQLAMA

364
0

Son günlər şəhərin bir çox avtobus dayanacaqlarında yerləşən “Milliön” ödəniş terminallarından “BakıKArt“-lara dəmir pul sikkələri ilə edilən ödənişlərdə problemlər yaşanır.

Peyk.az xəbər verir ki, vətandaşların pulları terminala daxil olunmasına baxmayaraq kartın balansına əlavə edilmir.

Şəhər sakinləri arasında apardığımız sorğuya əsasən bu tipli problemlər əsasən köhnə ödəniş terminallarında baş verir.

Məsələ ilə bağlı “MilliÖn” müştəri xidmətləri bölüm rəhbəri Ülviyyə Əfəndiyeva Peyk.az-a açıqlamasında bildirib ki, bu cür hallarda sakinlər mütləq monitorun üzərində qeyd olunan qaynar xəttlə əlaqə saxlamalı və şikayətlərini bildirməlidirlər.

“Həmin şikayət araşdırılacaq və əgər müştərinin iddiası sübuta yetirilərsə pulları geri qaytarılacaqdır”, – qurum rəsmisi bildirib.

Qeyd edək ki, bu problem kağız əskinaslarla aparılan əməliyyatlar zamanı ortaya çıxmır.

Səddam Məmmədov

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here