Sakinlər eyvanda musiqi səsləndirdi, növbədə olan polislər rəqs etdi - VİDEO

Sakinlər eyvanda musiqi ifa etdilər, patrulda olan polislər qol götürüb oynadılar. “Hurriyet”in məlumatına görə, maraqlı görüntülər Türkiyənin Antalya şəhərində qeydə alınıb. Bildirilir ki, evdən çıxmağın qadağan olunduğu karantin günlərində şəhər sakinlərindən biri eyvanından “Güverçin uçuverdi” mahnısını ifa...

Sakinlər eyvanda musiqi səsləndirdi, növbədə olan polislər rəqs etdi - VİDEO

Sakinlər eyvanda musiqi ifa etdilər, patrulda olan polislər qol götürüb oynadılar.

“Hurriyet”in məlumatına görə, maraqlı görüntülər Türkiyənin Antalya şəhərində qeydə alınıb.

Bildirilir ki, evdən çıxmağın qadağan olunduğu karantin günlərində şəhər sakinlərindən biri eyvanından “Güverçin uçuverdi” mahnısını ifa edib. Həmin vaxt ərazidən keçən polis patrul xidmətinin əməkdaşları gözlənilmədən avtomobildən düşərək rəqs etməyə başlayıblar.

Qeyd edək ki, ötən həftənin cümə axşamı günündən koronavirus epidemiyasına qarşı tədbirlər çərçivəsində Türkiyədə dörd günlük küçəyə çıxma yasağı tətbiq edilmişdi.