Home İdman “Sakit oynamaq lazım idi” – Luçano Spaletti

“Sakit oynamaq lazım idi” – Luçano Spaletti

88
0

“Oyunçularda gərginlik hiss olunurdu. Bu, taktiki cəhətdən uğursuzluğa gətirib çıxardı”. PEYK.Az sportLine.aza istinadən xəbər verir ki, bu sözləri “İnter”in baş məşqçisi Luçano Spaletti UEFA Çempionlar Liqasının 6-cı turunda keçirilən PSV ilə görüşdən sonra deyib.

Mütəxəssis oyunçular üzərindəki gərginliyin nəticəyə təsir etdiyini söyləyib: “Gözləmədiyimiz anda qol buraxdıq. Bu, komandanın taktiki baxımdan dağılmasına gətirib çıxardı. Sakit oynamaq lazım idi. Amma görüşün qalan vaxtda futbolçular intizamı itirdilər. Bu da hücumların qolla nəticələnməsinə mane olurdu. Belə bir vəziyyətdə Çempionlar Liqası ilə vidalaşmağı heç kim istəməz. Təəssüflənirəm. Amma əlimizdən başqa bir şey gəlmir. Avropa Liqasında mübarizəyə davam edəcəyik”.

Qeyd edək ki, PSV ilə 1:1 hesablı heç-heçə edən “İnter” mübarizəni dayandırıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here