Şamaxıya qonaq gələn İmişli sakini ehtiyatsızlıqdan başına iş açdı

Şamaxıya qonaq gələn İmişli rayon Qaralar kənd sakini, 1988-ci il təvəllüdlü Abışov Vasif Qaroğlan oğlu qonağı olduğu evin damına çıxaraq, ağacdan tökülən yarpaqları təmizləyən zaman ayağı büdrəyərək yııxılıb.

Şamaxıya qonaq gələn İmişli sakini ehtiyatsızlıqdan başına iş açdı

Şamaxıda 32 yaşlı kişi damdan yıxılıb ağır xəsrət alıb.  

Oxu.Az xəbər verir ki, hadisə rayonun Nağaraxana kəndində qeydə alınıb. 

Nəticədə yüksəklikdən yerə düşərək ağır bədən xəsarətləri alıb.  

V.Abışov təcili olaraq Şamaxı Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.  

Cərrahiyə şöbəsinə yerləşdirilən xəstəyə qasıq nahiyəsinin və xayasının əzilmiş cırılmış yarası diyaqnozu qoyulub.  

Cərrahi müdaxilədən sonra palataya yerləşdirilən V.Abışovun vəziyəti orta ağır qiymətləndirilir.  

Faktla bağlı araşdırma aparılır.