Sami Yusifin “Nəsimi”si analiz edildi - Video

Tanınmış yutuber Mat Salleh Azərbaycan əsilli britaniyalı məşhur müğənni Sami Yusifin görkəmli şair, mütəfəkkir İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında hazırladığı yeddi dəqiqəlik kompozisiyanı şərh edib.

Kult.az xəbər verir ki, yutuber ifadan heyrətlənib və izləyicilərinə təkidlə bu kompozisiyanı dinləməyə dəvət edib.

“Videoda Azərbaycan üçün önəmli bir şəxsdən - Nəsimidən söhbət gedir. O, mistik bir şair idi. Kompoziya möhtəşəmdir. Musiqi olduqca maraqlıdır. Dinlədikcə gərginliyin artdığını hiss edirsiz”, – o bildirib.

Qeyd edək ki, yutuber hazırladığı videoda fikirlərini Azərbaycan dilində altyazı ilə də təqdim edib.