“Samsung QLED 8K” – Baxışları özünə cəmləyən televizor

Divar üzərində asılan qara ləkə heç də cəlbedici görünməyərək, dərhal diqqəti üzərində toplayır və ətraf səthlərin əks olunması səbəbindən fikrin cəmlənməsinə imkan vermir.

“Samsung QLED 8K” – Baxışları özünə cəmləyən televizor

Divarda asılı olan “qutuya” öyrəşmiş olsaq da, otağın bütün sahəsini zəbt edən metrlərlə naqillərin mövcudluğunu qəbul edə bilmirik və bu səbəbdən televizor məftillərini mebellərin arxasında gizlədir, divar boyunca səliqəli şəkildə düzməyə üstünlük veririk. Nəticədə, uzun müddət zövqlə təchiz etdiyimiz otaq ətrafında naqil uzanan nəhəng bir televizor üçün qalereyaya çevrilir.

Bütün bunları nəzərə alaraq,  Samsung mühəndisləri "Keyfiyyət gözəl olmalıdır" fikrini əsas götürərək hər iki problemin həllini tapmışdırlar.  

Beləliklə, Samsung mütəxəssisləri, təqdim olunan QLED 8K televizorlarında elektrik kabeli və optik siqnal kabelini bir-birinə birləşdirərək, demək olar ki, görünməz bir qoşulmaya nail olublar.

Belə ki, indi bütün lazımı qoşulmaları özündə toplayan One Connect modulu televizorunuzdan 5 metrə uzaq məsafədə yerləşdiyi halda, cəmi bir şəffaf kabel qeyd edilən cihazları televizorunuza qoşacaq. Bu bütün qoşulmuş xarici cihazları nəzərinizdən gizlətməyə və dolaşıq kabellər problemindən qurtulmağa imkan verəcəkdir. Əlavə olaraq, yenilənmiş interyer rejimi olan Ambient Mode sayəsində isə televizorunuz, yerləşdiyi divarın rənginə və quruluşuna uyğunlaşaraq, “görünməz” qalacaq.

Həmçinin, burada QLED 8K-nı divar üzərində quraşdırmağa imkan yaradan xüsusi «No gap wall mount» bərkitməsi təqdim edilmişdir ki,  bu da televizorun otaq dizaynına mükəmməl uyğunlaşmasını təmin edir. Divara olduqca yaxın, heç bir aralıq olmadan quraşdırılmış televizor, sanki, havada “donaraq” dekorun incə bir elementinə çevrilir.

Yenilənmiş QLED 8K seriyasında xarici işıq mənbələrindən televiziya panelinin üzərində əks olunan parıltını azaltmaq üçün qabaqcıl texnologiyalardan da istifadə edir. Ultra Black Elite adlı bu texnologiya nümayiş olunan görüntünün keyfiyyətini yeni səviyyəyə qaldırmağa imkan verir.

Beləliklə, yeni, parıltıya qarşı örtük, əks etdirmək əvəzinə işığı özündə toplayaraq, onu yenidən digər istiqamətə yönəldir.

Belə ki, televizora baxarkən biz zülmət qaranlıqda oturmur, günün işıqlı vaxtında isə qalın pərdələrin kölgəsinə qapanmırıq, belə olduğu halda çox zaman ekrandan əks olunan parlaq işıq və ya gün işığı səbəbindən görüntünü tam aydın seçə bilmirik.   Samsung mühəndisləri bu problemin həllini təbiətdə taparaq, gecə pərvanələrindən ilhamlanmışdırlar.

Qeyd edilən canlının gözləri mikroskopik çıxıntılarla örtüldüyündən gecə vaxtı işıq əks etdirməyərək, öz yerini yırtıcılara aşkar etmir.  Beləliklə, Ultra-Black texnologiyası da, televizor ekranının xarici səthinin üzərində yerləşən xırda dəyirmi  çıxıntılar sayəsində panelin işıq əksetdirmə qabiliyyətini azaldır.

Bundan əlavə, QLED 8K Ultra Viewing Angle texnologiyası sayəsində daha da geniş görüntü bucağı təqdim edir. Ekranın ikiqat  örtüyü işığı düzgün istiqamətə yönəltməklə yanaşı bərabər şəkildə displey üzərində paylaşdıraraq onun itkisini minimuma endirir. İndi istənilən istiqamətdən yüksək keyfiyyətli görüntü əldə edə bilərsiniz, belə ki, hətta ən geniş baxış bucağında belə rənglər parlaq, qara tonlar isə aydın qalır.

Samsung QLED 8K haqqında əlavə məlumatı Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.az, Soliton  və Optimal mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.