Sarkozi: "Qərb tənəzzül edir, Şərq önə keçir"

Qərb artıq tənəzzül edir.

Sarkozi:
https://peyk.az

Bunu Fransanın eks-prezidenti Nikola Sarkozi Madriddəki Fransisko de Vitoriya Universitetində çıxışı zamanı deyib.

O, Qərbin öz aktivliyini əsrlər sonra Şərqə verdiyini bildirib:

“Bu, müəyyən baxımdan demoqrafiya ilə bağlıdır. 7 milyardlıq Yer əhalisinin 4 milyardı Asiyada, cəmi 800 milyonu isə Avropada yaşayır”.

Sarkozi, həmçinin, Avropa Birliyini böhranda ittiham edərək, təşkilatı köhnəlmiş ideyalar və konsepsiyalardan imtinaya çağırıb.

Eks-prezident Breksiti dəlilik və tarixi ziddiyyət adlandırıb.

Sarkozi Qərbin tənəzzülünün əsas səbəblərindən birinin ABŞ Prezidenti Donald Tramp olduğunu söyləyib.