Home Slider Savadsız diş həkimi məşhur modelin həyatını kabusa döndərdi

Savadsız diş həkimi məşhur modelin həyatını kabusa döndərdi

148
0

İngiltərə “Miss North West” gözəllik müsabiqəsində ikinci yeri tutan məşhur ingilis model Epril Gilmartin kariyerasının ən pis günlərini yaşayır.

PEYK.AZ xarici KİV-lərə istinadən xəbər verir ki, model diş ağrısı səbəbiylə həkimə müraciət edib. Yalnız bu həkimin savadsız və təcrübəsiz olduğundan xəbəri olmayıb.

O, keçirdiyi uğursuz diş əməliyyatdan sonra modellik karyerasını bitirmək məcburiyyətində qalıb.

29 yaşlı İngiltərə gözəli dişlərini müalicə etmək üçün getdiyi xəstəxanada həkimin təcrübəsiz olması səbəbindən ağzına infeksiya düşür.

Eypril diş həkiminə təzminat davası açıb.

Bundan başqa infeksiya səbəbiylə ağzından pis iy gəlməyə başlayıb. Uzun müddət ağzında maskayla gəzmək məcburiyyətində qalıb. Dişlərinə görə depressiv vəziyyətə düşən və özünə inamı azalan modelin bir çox çəkiliş və məşhur gözəllik yarışmalarından imtina edib. Bu isə onun kariyerasına ağır zərbə olub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here