ŞAXTA BABALAR YERLİ ƏHALİ İLƏ DAVAYA GİRDİ -

Rusiyanın Volqoqrad əyalətinin Voljski şəhərində Şaxta baba kostyumu geyinmiş animatorlarla yerli sakinlər arasında dava baş verib.

“RİA Novosti” xəbər verir ki, Yeni il münasibətilə əylənən gənclərin səhnəyə yaxınlaşması animatorlarla mübahisəyə səbəb olub.

Daha sonra mübahisə davaya çevrilib.

Polisin hadisəyə müdaxiləsindən sonra vəziyyət sakitləşib.