Sergen Yalçın REKORDLA başladı

Türkiyənin “Beşiktaş” klubunun yeni baş məşqçisi Sergen Yalçın imza mərasimində rekorda imza atıb.

Sergen Yalçın REKORDLA başladı
https://peyk.az

Peyk.az xəbər verir ki, “Beşiktaş”ın sabiq futbolçusu və yeni baş məqçisi üçün "Vodafone Park"da təşkil edilən imza mərasimində 21 min azarkeş iştirak edib.

Bununla da mütəxəssis Quti Hernandes və Rikardo Quareşmanı geridə qoyub.

Belə ki, “Beşiktaş”ın “Real Madrid”dən transfer etdiyi ispaniyalı futbolçu Quti Hernandesin imza mərasiminə 20 min, “Porto”dan heyətinə qatdığı portuqaliyalı Quareşma üçün isə 18 min azarkeş gəlmişdi. Qeyd edək ki, "Beşiktaş" klubu 47 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalayıb.