Sevgilisinin Facebook mesajlarını görən bu qız intihar etdi

İngiltərənin Haddersfild Universitetində oxuyan 23 yaşlı Emili Elliott dörd ildir münasibətdə olduğu sevgilisinin ona xəyanət etdiyini öyrəndikdən sonra intihar edib.

Sevgilisinin Facebook mesajlarını görən bu qız intihar etdi
https://peyk.az

Peyk.az xəbər verir ki, qız sevgilisinin Feysbukda başqa qadınla mesajlaşdığını görüb.

Sosiologiya ixtisası üzrə təhsil alan Emili birinci ilində uğursuz olduğu üçün universitetdən qovulub. Sevgilisi Şay Doyl isə qrafika sahəsində təhsilini davam etdirib.

Universitetdən qovulduqdan sonra gecə klublarında barmen olaraq işləyən Emili Elliott sevgilisi ilə eyni evdə yaşayıb. Tez-tez küsüb barışdığı sevgilisinin başqa bir qadınla mesajlarını görən qız depressiyaya düşüb. Emili ilə əlaqə saxlaya bilməyən sevgilisi evə gedib və onun öldüyünü görüb.

Hadisə yerinə təcili tibbi yardım qrupları gəlsə də, gənc qızı həyata qaytarmaq mümkün olmayıb. Tibbi ekspertiza nəticəsində qızın intihar etdiyi ortaya çıxıb.

23 yaşlı Emili intihardan əvvəl dostuna “Atam məni tapmasın” mesajını yazıb.