Sevinc Fətəliyeva deputat seçildiyi ərazinin problemlərini dilə gətirdi

“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar, sosial yönümlü tədbirlər, yeni obyektlərin istifadəyə verilməsi əhali

Sevinc Fətəliyeva deputat seçildiyi ərazinin problemlərini dilə gətirdi

“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar, sosial yönümlü tədbirlər, yeni obyektlərin istifadəyə verilməsi əhali tərəfindən yüksək qiymətləndirilir və rəğbətlə qarşılanır. Müzakirə etdiyimiz “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə daxil olan bir çox məsələlər günün tələblərinə uyğun müyyən edilib. Lakin həll olunması arzu olunan bəzi məsələlər də vardır ki, onların aradan qaldırılması və gələcəkdə büdcədən bu sahəyə də vəsaitin ayrılmasına ehtiyyac duyulur. Millət vəkili seçildiyim ərazi üzrə bir neçə məsələni diqqətə çatdırmaq və əhalinin mənmunluğu və yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə yaxın zamanda qeyd etdiyim məsələlər öz həllini tapması üçün nəzərə alınmasını istərdim”.

 “Peyk.AZ” xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva parlamentin bu gün keçirilən iclasında “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib. Sevinc Fətəliyeva bildirib ki, Suraxanı rayonunda mövcud olan kanalizasiya şəbəkəsinin yenidən qurulmasına, Zığ və Hövsan qəsəbələrinin kanalizasiya şəbəkəsi olmayan sahələrində bu problemin aradan qaldırılmasına böyük ehtiyac var. Baxmayaraq ki, son dövrlərdə millət vəkili seçildiyim ərazidə asfalt örtüyünün çəkilşinə mütəmadi olaraq diqqət ayrılır, lakin kanalizasiya probleminin mövcudluğu digər məsələlərin vaxtında aradan qaldırılmamasına səbəb olur və əhali arasında narazılıq yaradır. Eyni zamanda, Hövsan və Zığ qəsəbəsində, Hövsan bağları, Quşçuluq, Südçülük, Zığ bağları, Qum adası və digər ərazilərdə hələ də əhali içməli su problemi ilə üzləşir. Qəsəbələrdə mütəmadi olaraq, korroziyaya uğramış, sıradan çıxmış su xətlərinin dəyişdirilməsi və yeni su xətlərinin çəkilməsinə baxmayaraq, bütövlükdə bəzi ərazilərdə problem öz həllini tapmamışdır. Yaxşı olardı ki, qeyd etdiyim qəsəbələrdə daxili yolların əsaslı təmir edilərək asfaltlanması, mövcud olmayan yerlərdə kanalizasiya və su şəbəkələrinin qurulması nəzərdən kənarda qalmasın və bu sahəyə də maliyyə vəsaiti ayrılsın. Millət vəkili deyib ki, Hövsan – şəhər tipli qəsəbədir, eləcə də əhali baxımından həmin ərazidə artım nəzərə çarpacaq dərəcədə hiss olunur. Qəsəbədə poliklininkanın mövcud olmasına baxmayaraq, əhalinin sağlamlığının tam təmin olunması və əhalinin məmnunluğu baxımından müasir tipli yeni xəstəxananın tikintisinə ehtiyac var. Eyni zamanda, əhalinin asudə vaxtının səmərəli keçirilməsi və mədəni istirahətini təmin edilməsi baxımından Hövsan qəsəbəsində olan yeganə Mədəniyyət Evinin təmirinə vəsaitin ayrılması arzu olunandır.  Onun sözlərinə görə,  Dövlətimiz tərəfindən təhsilə göstərilən qayğı da danılmazdır: “Gənclərin təhsili və onların gələcəyinin təmini dövlət siyasətinin prioritetidir. Müşahidələr onu göstərir ki, ali təhsillə yanaşı, bu gün peşə məktəblərinə də böyük ehtiyac duyulur. Cənab Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiqləndi. Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış olmaqla, müasir tələblərə cavab verən və ölkəmizin reallıqlarına uyğun peşə təhsilinin yenidən qurulmasını özündə ehtiva edir. Qeyd etdiklərimi nəzərə alaraq, müasir tələblər baxımından, əmək bazarına uyğun kadırların yetişdirilməsi üçün, seçicilərin arzusu əsasında Suraxanı rayonunda da texniki peşə məktəbinin tikintisini nəzərə alınmasını istərdim”.

Sevinc Fətəliyeva söyləyib ki, bütün dünyanı bürüyən virus pandemiyası həyatımızın bir çox sahələrində dəyişikliklərin olmasına zərurət yaradıb: “Əhalinin sağlamlığının qorunması baxımından təhsil müəssisələrinin fəaliyyətində də yeniliklər əlavə olunub, onlayn tədris prosesinə start verilmiş və dərslərin keçirilməsinə başlanmışdır. Tədris ilinin sonuna yaxınlaşmasına baxmayaraq, çox təssüflə qeyd etməliyəm ki, deputat seçildiyim ərazinin bəzi yerlərində rabitə xətlərinin olmaması və sosial durumu aşağı olan əhalinin ödənişli xidmətlərdən yararlana bilməməsi, şagirdlərin onlayn dərslərə qoşulmasında mədudiyyət yaradıb. Vətandaşların çoxsaylı müraciətlərini nəzərə alaraq, kabelləşmənin tezləşməsi üçün büdcədə bu məslənin də nəzərdə tutulmasını xahiş edərdim”.

Millət vəkili çııxşında onu da deyib ki, müəyyən müddət öncə Zığ qəsəbəsində baş vermiş sürüşmə zamanı əlaqədar təşkilatların keçirdiyi baxış nəticəsində sürüşmə, uçqun və çökmə proseslərinə məruz qalmış ərazidə yaşayan insanların təhlükəsizliyinin qarşısını almaq məqsədi ilə 59 ailəyə “Dədə Qorqud” adlandırılan yaşayış sahəsi yaxınlığında 6 hektar torpaq sahəsi ayrılmış və əhalinin müəyyən bir hissəsi həmin ərazidə məskunlaşmışdır: “Yaxın günlərdə 56 ailənin köçürülməsi də nəzərdə tutulur. Lakin həmin ərazidə yaşayış üçün zəruri olan infrastruktur mövcud deyil. İnsanların yaşayış şəraitinin və rahatlığının təmin edilməsi məqsədi ilə ərazinin infrastrukturunun qurulmasına ciddi ehtiyac duyulur. Qeyd olunan problemlərin aradan qaldırılması üçün büdcədə həmin məsələlərin nəzərə alınmasını xahiş edirəm”.