“Shacman”la toqquşan “BMW” yandı

Bakı şəhərinin Qaradağ rayonunda “Shacman” markalı yük avtomobili və “BMW” markalı minik avtomobili toqquşub. Bu barədə “Peyk.AZ”ya Fövqəladə Halla

“Shacman”la toqquşan “BMW” yandı

Bakı şəhərinin Qaradağ rayonunda “Shacman” markalı yük avtomobili və “BMW” markalı minik avtomobili toqquşub. Bu barədə “Peyk.AZ”ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Hadisə nəticəsində “BMW” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.