Siqaret çəkmək depresiyaya səbəb olur-Alimlərdən yeni AÇIQLAMA

Britaniyalı genetiklər yeni tədqiqatın nəticəsini açıqlayıblar.

Siqaret çəkmək depresiyaya səbəb olur-Alimlərdən yeni AÇIQLAMA
https://peyk.az

Peyk.az sonxebere istinadən xəbər verir ki, bu barədə "Psychological Medicine" jurnalında geniş məqalə dərc edilib. Məlum olub ki, siqaret çəkmək şizofreniya və depresiya kimi vəziyyətlərə yoluxma riskini iki dəfə artırır.
Alimlər Böyük Britaniyanın yarım milyondan çox sakininin DNA-sını tədqiq ediblər. Müəyyən edilib ki, şizofreniya və depresiyadan əziyyət çəkən insanlar digərlərinə nisbətən daha çox siqaret çəkiblər. Bundan əlavə, siqaret çəkənlərdə xroniki depresiya halları iki dəfə çox müşahidə edilib.
Alimlər müəyyən ediblər ki, nikotin dofamin və serotonin işinə mane olur.