Şəkidə avtomobilin vurduğu 11 yaşlı uşaq Bakıya gətirildi

"Ölkə.Az" report-a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb.

Şəkidə avtomobilin vurduğu 11 yaşlı uşaq Bakıya gətirildi

Belə ki, yolu keçən 2009-cu il təvəllüdlü Bayramov Nurlan Elbrus oğlunu “VAZ-2107” markalı avtomobil vurub.

Nəticədə o, ağır bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməyi ilə əvvəlcə Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ölkə.Az