Slovakiya Hərbi Hava Qüvvələri MiG-29 uçuşlarını dayandırıb

Slovakiya Hərbi Hava Qüvvələri MiG-29 uçuşlarını dayandırıb
https://www.peyk.az
Slovakiya Hərbi Hava Qüvvələri komandanlığı MiG-29 qırıcılarının təlim uçuşlarını müvəqqəti dayandırmaq qərarına gəlib.
 
Trend-ə istinadən bildiririk ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin nümayəndəsi Danka Tsapakova bildirib.
 
D.Tsapakovanın sözlərinə görə, MiG-29 təlim uçuşları şənbə günü axşam Nitrianskiy diyarındakı Zlate Moravetse şəhəri yaxınlığında qəzaya uğraması səbəbindən müvəqqəti olaraq dayandırılıb:
 
"Bu qərar [milli] hava məkanının təhlükəsizliyinə mənfi təsir göstərməyəcəkdir". 
Qəzaya uğramış pilot MiG-29 katapult edib. Pilot xəstəxanaya yerləşdirilib.