Sloveniyalı hücumçu: “Qarabağ”dan çəkinmirik”

Sloveniyalı hücumçu: “Qarabağ”dan çəkinmirik”

Sloveniyalı hücumçu: “Qarabağ”dan çəkinmirik”

"Avqustda etdiyimizin eynisini təkrarlamağa çalışacağıq. Çünki qrupda xal qazanmamışıq. Bu qələbəyə çox ehtiyacımız var".

Peyk.az apaya istinadən xəbər verir ki, bunu Kiprin APOEL klubunun futbolçusu Roman Bezyak deyib.

Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"la qarşılaşacaq Nikosiya təmsilçisinin hücumçusu matçöncəsi mətbuat konfransında iştirak edib. Sloveniyalı legioner sabahkı görüş öncəsi iddialı danışıb: “Rəqibdən çəkinmirik. Çünki bu komanda ilə artıq bir dəfə Bakıda üstələmişik. Sadəcə, bu dəfə həvəslə oynasaq, meydanda öz oyunumuzu nümayiş etdirə bilsək, müsbət nəticə qazanacağıq. Hər bir oyun 0:0 hesabı ilə başlayır. Qrup mərhələsində baş tutan əvvəlki görüşlərin önəmi yoxdur. Çünki bunlar tarixdə qalıb və indi bir önəm kəsb etmir".

O, stadionda gözlənilən anşlaqdan da çəkinmədiklərini qeyd edib: "Qarabağ"a qalib gəldiyimiz oyunda da stadion dolu idi. Bu, gözəl haldır. Dolu tribuna qarşısında çıxış edən futbolun həyəcanı başqa cür olur. Ancaq azarkeş amili oyunumuza təsir göstərməyəcək. Qisas haqqında düşünüb-düşünməmək "Qarabağ"ın öz işidir".