Şəmkirdə bazarda baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonu ərazisində fəaliyyət göstərən ticarət mərkəzinin ərazisində yanğın olması barədə məlumat daxil olub.&

Şəmkirdə bazarda baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Şəmkir rayonunda bazarda ;baş vermiş yanğının qarşısı alınıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayon ərazisindən keçən, Bakı-Qazax avtomobil yolunun kənarında yerləşən "Səbət Bazarı"nda baş vermiş yanğın söndürülüb. ;

Hadisə nəticəsində ümumi ərazisi 5 hektar olan bazarın 400 kvadrat metr sahədə olan dönərxana, geyim mağazası və taxta konstruksiyadan ibarət olan ümumi 6 mağaza və köşk yanıb. Xoşbəxtlikdən hadisə bazarda iş vaxtı baş verməyib ;və insanlar az olub. ;

Yanğının başvermə səbəbləri araşdırılır.

***21:31

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonu ərazisində fəaliyyət göstərən ticarət mərkəzinin ərazisində yanğın olması barədə məlumat daxil olub. ;

"Report" xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.