Soçi görüşü öncəsi Bakı anlaşması - Putinə aparılan mühüm mesaj

Soçi görüşü öncəsi Bakı anlaşması - Putinə aparılan mühüm mesaj
https://www.peyk.az

İşğalçı ölkənin sabiq baş naziri: “Biz dünyanın ən geridə qalmış ölkələrindən biriyik...”

azenews.az saytina istinaden xeber veririk ki,

Azərbaycan prezidenti İlham Əliyev bir neçə gündən sonra Rusiyanın Soçi şəhərinə yollanacaq. Orada onun prezident Vladimir Putinlə görüşü gözlənilir. Bu barədə artıq Putinin mətbuat katibi Dmitri Peskov anons edib. İki ölkənin rəhbərləri Valday Beynəlxalq Müzakirə Klubunun XVI toplantısı çərçivəsində bir araya gələcək.

Görüşün gündəliyi hələlik dəqiq məlum deyil. Ancaq Bakı və Moskva arasında müzakirə olunası mövzular var və onlardan biri də illərdir həllini tapmayan, Rusiyanın əsas vasitəçi dövlət olduğu Dağlıq Qarabağ problemidir.

*****

Sirr deyil ki, konfliktin dinc nizamlanmasında Moskva unikal rıçaqlara malikdir. Çünki Ermənistana real təsir imkanları var. O da faktdır ki, İşğalçı ölkədə inqilab yolu ilə hakimiyyət dəyşikliyindən sonra da Qarabağ ixtilafının dinc həlli gözləntilərə rəğmən, sürətlənməyib, əksinə, daha da qəlizləşib. İndilikdə müharibə riski heç vaxt olmadığı qədər böyükdür.

Ermənistanın “məxməri” baş naziri Nikol Paşinyanın BMT-dəki son çıxışı isə onun faktiki olaraq Qarabağ danışıqlarından tam imtina etməsi anlamına gəlir. Bəllidir ki, həmin çıxış əvvəldən axıradək Azərbaycan əleyhinə ittihamlar, ölkəmizi məsələdə suçlu çıxarmaq, hətta onu işğalçı kimi təqdim etmək, torpaqlarımızın işğalına haqq qazandırmaq üzərində qurulub.

Nikol Paşinyanın BMT-dəki son çıxışı ile ilgili görsel sonucu

Bu xüsusda istisna deyil ki, Soçidə Azərbaycan lideri rusiyalı həmkarından Qarabağ məsələsi ilə bağlı Ermənistana təzyiq göstərməsini istəsin. Söhbət Putinin öz unikal təsir rıçaqlarından istifadə edib Ermənistan rəhbərliyini ağla gətirməsindən, İrəvanın Qarabağ məsələsində konstruktiv mövqe tutmağa vadar etməsindən gedir. Çünki Azərbaycanın səbri sonsuz deyil.

Məqamın intriqalılığı həm də odur ki, Rusiya prezidenti Soçiyə İrəvan səfərindən az sonra gələcək. Yəni Qarabağ mövzusunda onun Ermənistan paytaxtında hansısa danışıqları istisna deyil. Soçidə isə Əliyev və Putinin növbəti dəfə saat əqrəblərini tutuşduracaqları tamamilə mümkün görünür.

Hər necə olmasa, Moskva Ermənistanı regionda strateji müttəfiq kimi görürsə, Azərbaycanı da özünün strateji tərəfdaşı hesab edir - ermənilər bundan qıcıqlansalar belə. Strateji tərəfdaşlıq isə “Şimal-Cənub” Nəqliyyat Dəhlizi kimi iqtisadi-kommunikasiya layihələrində birgə iştirakla yanaşı, Bakı və Moskva arasında hərbi-texniki əməkdaşlığı da ehtiva edir. O da sirr deyil ki, Rusiya ölkəmiz üçün əsas silah tədarükçülərindən biri olaraq qalır.

*****

Rusiya arasında Hərbi-Texniki Əməkdaşlıq ile ilgili görsel sonucu

Diqqət çəkicidir ki, Soçi danışıqları ərəfəsində Bakıda Azərbaycanla Rusiya arasında Hərbi-Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçirilib. Müdafiə Nazirliyindən musavat.com-a verilən məlumata görə, tədbirdə çıxış edən Azərbaycanın müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-leytenant Fuad Məmmədov iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə danışaraq, bu istiqamətdə münasibətlərin inkişaf etdiyini vurğulayıb.

Qarabağın hərb yolu ilə ile ilgili görsel sonucu

 

Tərəflər hərbi-texniki əməkdaşlığın cari vəziyyətini nəzərdən keçirib və 2020-ci il üçün əsas fəaliyyət istiqamətlərini müəyyən ediblər. Görüşün sonunda “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hərbi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclasının Protokolu” imzalanıb.

Bəzi məlumatlara görə, bu tədbir və imzalanan sənədlər Azərbaycanın Rusiyadan yeni partiya silahların almasına hüquqi zəmin yaradacaq.

Ermənistan təbii ki, öz kasad büdcəsi ilə Azərbaycanla silahlanma yarışına girmək və bu yarışa tab gətirmək gücündə deyil. Çünki iqtisadiyyatı böhran içində, maliyyə resursları kasad, bütünlüklə Rusiyadan asılı durumdadır. Əsas səbəb məlumdur - qonşu Azərbaycan və Türkiyə ilə siyasi-diplomatik, iqtisadi-humanitar münasibətlərin yoxluğu, sərhədlərin bağlı qalması, dünya okeanına çıxışdan məhrum olmaq, blokada rejimi. Təəssüf ki, Ermənistanın populist rəhbəri Nikol Paşinyan da bu gerçəkliyi ciddiyə alıb çıxış yolu aramaq, əsas qonşularla dil tapmaq əvəzinə, ilyarımdır siyasi demaqogiya ilə məşğuldur. Ermənistan daxilində bu siyasətdən narazılıq günbəgün artmaqdadır.

*****

“Biz özümüzü tərifləyə-tərifləyə dünyanın ən geridə qalmış ölkələrindən biri olduğumuzu unutmuşuq”.

Bu acı etirafı özünün facebook səhifəsində Ermənistanın sabiq baş naziri, deputat Qrant Baqratyan edib.

Soydaşlarını tarixi saxtalaşdırmaqda qınayan Baqratyan bildirir ki, erməni dərslikləri və tarixi yalan məlumatlarla doludur. “Tarixi saxtalaşdırmaq olmaz. Məsələn, dünyanın ilk xristian dövləti Osroena olub. Heç olmasa, bir dəfə ensiklopediyanı vərəqləyin. Biz özümüzü tərifləyə-tərifləyə dünyanın ən geridə qalmış ölkələrindın biri olduğumuzu unutmuşuq. Bəs biz həqiqətən özümüzü öymək üçün nə etmişik? Belə yanlış mesajlar ilk növbədə bizim özümüzə qarsıdır. Hamıya ağıl veririk, özümüzdən başqa”, - deyə eks-baş nazir qeyd edib.

Hrant Bagratyan ile ilgili görsel sonucu

Qrant Baqratyan

Məlumat üçün bildirək ki, Baqratyan erməni siyasi elitasında və keçmiş dövlət xadimləri arasında azsaylı obyektiv şəxslərdən biridir, iqtisadçı alim kimi çoxlu əsərlər, monoqrafiyalar, dərsliklər və dərs vəsaitlərinin müəllifidir. Yəni o, ölkənin düşdüyü ağır durumu kifayət qədər yaxşı dərk edir və bu səbəbə vaxtaşırı həm hökuməti, həm də fantastik ideyalarla yaşayan erməni cəmiyyətini tənqid edir.

Necə deyərlər, erməni xalqının taleyi erməni xalqının əlindədir. Normal xalqlar kimi inkişaf yoluna çıxmaq üçün isə ona, sadəcə, “göylərdən yerə enmək” və sonra da qonşu Azərbaycan və Türkiyə ilə anlaşmaq lazımdır. Özü də bundan ötrü Rusiyanın icazəsini almağa lüzum yoxdur... (Musavat.com)