Şok açıqlama: “Bizim üçün İran əsasdır” - İrəvan ABŞ-ı saymadı

Şok açıqlama: “Bizim üçün İran əsasdır” - İrəvan ABŞ-ı saymadı
https://www.peyk.az

“ABŞ-ın sanksiyalarına məruz qalmasına baxmayaraq, Tehranla münasibətlər və əməkdaşlıq İrəvan üçün strateji əhəmiyyət daşıyır və sanksiyaların iki ölkə arasındakı siyasi və iqtisadi əlaqələrə xələl gətirməməsini istəyirik”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan deyib.

Nazir Ermənistan-İran münasibətlərinin hərtərəfli genişləndirilməsinin vacibliyini vurğulayaraq, Ermənistanın Tehranla iqtisadi əməkdaşlığı genişləndirmək üçün ətraflı planlar həyata keçirdiyini bildirib:

“Sanksiyalar məsələsi, şübhəsiz ki, çox vacibdir. Biz öz maraqlarımıza da həssaslıqla yanaşırıq. Bu o deməkdir ki, həm İran, həm də ABŞ-la çox yaxşı münasibətlərimiz var. Amma İranla münasibətlər bizim üçün çox vacibdir”.