Son bir neçə ildə Azərbaycanda döyülən və öldürülən məmurların SİYAHISI

Bütün dünyada olduğu kimi, Azərbaycanda da vəzifəli şəxslər həm iş başında həm də işdən kənarda böyük problemlərlə qarşı-qarşıya qalıblar

Son bir neçə ildə Azərbaycanda döyülən və öldürülən məmurların SİYAHISI
https://www.peyk.az

Bütün dünyada olduğu kimi, Azərbaycanda da vəzifəli şəxslər həm iş başında həm də işdən kənarda böyük problemlərlə qarşı-qarşıya qalıblar.

Belə ki, buna bu gün ölkə gündəmini zəbt edən Tovuz rayonunda vəkillik fəaliyyəti ilə məşğul olan 1963-cü il təvəllüdlü Firudin Ələkbərlinin iş başında güllələnərək qətlə yetirilməsini misal göstərmək olar.

Sonxeber.az son bir neçə il ərzində öldürülən və döyülən məmurları təqdim edir:

- Bu ilin iyun 24-də 40 yaşlı Ucar rayon sakini Asim Hüseynov güllənərək qətlə yetirilib.

Onun meyiti iyunun 24-də, axşam saatlarında Qara Qarayev prospektində tapılıb. Onun kürək nahiyəsində güllə yaraları aşkarlanıb.

Şübhəli cinayəti törətdikdən sonra qaçıb.

İlkin araşdırma zamanı məlum olub ki, A.Hüseynovun daha əvvəl kiçik biznesi olub, tikinti materialları (ağac) satıb. Lakin sonra o müflisləşib və hətta ailəsini itirib.

Məlum olub ki, A.Hüseynovun bir neçə şəxsə iri məbləğdə borcu yaranıb. Güman edilir ki, qətlin törədilməsinə məhz bu səbəb olub.
A.Hüseynovun son illər müəyyən yaşayış yeri olmayıb və müxtəlif obyektlərdə fəhlə kimi pul qazanıb. O, belə obyektlərin birinin ətrafında qətlə yetirilib.

-ABŞ-ın Şimali Karolina ştatında Şərqi Çarlotte şəhərində "Fixer Electronic Repair" dükanının azərbaycanlı sahibi, 29 yaşlı həmyerlimiz Elçin Xəlilov iş yerində güllələnib.

Yaralı Elçin Xəlilov xəstəxanada vəfat edib. Şahidlərin dediyinə görə, onu güllələyən mağazadan oğurluq etmək istəyən şəxs olub. Hazırda axtarışlar davam etsə də, cinayətkar hələ də yaxalanmayıb.

Elçin Xəlilov mobil telefonların təmiri və satışı ilə məşğul idi. Bir neçə il öncə vətəni qazanc dalınca tərk edib, ABŞ-a köçmüşdü. Sumqayıtda 3 saylı orta məktəbi, İnşaat Mühəndisləri Universitetini bitirib.

-Tanınmış jurnalist, sayt redaktoru Zülfüqar Xeyirxəbər hücuma məruz qalıb.

Jurnalist bildirib ki, maşını ilə Mərdəkandan Bakı istiqamətində hərəkətdə olarkən 99 AD 149 dövlət nömrə nişanlı ağ rəngli "Daewoo" markalı avtomobilin sürücüsü onun qarşısını kəsib.

Həmin maşının sürücüsü jurnalistlə mübahisə edib və ona hücum çəkib.

Ciddi bədən xəsarətləri alar sürücü 3 saylı xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra Z.Xeyirxəbər ambulator müalicə üçün evə buraxılıb.

Z.Xeyirxəbər hadisə ilə bağlı DİN-nin 102 qaynar xəttinə dərhal məlumat verib. Faktla bağlı araşdırmalara başlanıb.

-Ötən il Gəncənin eks icra başçısı Elmar Vəliyev silahlı hücuma məruz qalıb.

Hadisə nəticəsində Elmar Vəliyevin mühafizəçisi həlak olub. Yaralı icra başçısı isə Gəncə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.

Eks icra başçısı Elmar Vəliyevə Yunus adlı şəxsin atəş açdığı məlum olub və həmin şəxs həbs edilib.

Məlumata görə, icra başçısına hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs hücum edib. Daxili İşlər Nazirliyindən faktı təsdiqləyiblər.

Bildirilir ki, bir müddət əvvəl icra başçısı ilə hadisəni törədən şəxs arasında mübahisə olub və Yunis Səfərov Elmar Vəliyevə onu güllələyəcəyi barədə xəbərdarlıq edib.

-2018 -ci ildə Goranboy Elektrik Şəbəkəsinin işçisi iş başında döyülüb.

Hadisə rayonun Səfikürd kəndində baş verib.

Sözügedən kənddə vəzifə borcunu yerinə yetirən rayonun Tatarlı kənd sakini, 1984-cü il təvəllüdü Məmmədov Zaur Məmməd oğlu Səfikürd kənd sakini, 1962-ci il təvəllüdlü Paşayev Vaqif İsrafil oğlu tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətləri alan Z. Məmmədov xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilib.

2018 – ci ildə "Aqrolizinq" ASC-nin Yevlax regional filialının sədri Sədaqət Ağayev Yevlax sakinləri tərəfindən döyüldüyü bildirilib. Buna səbəb kimi onun şəhid anasının ünvanına küçə söyüşləri söydüyü göstərilir.

Məlumata görə filial sədrinin Səmədabad kənd sakini Sənəm Əliyevanı təhqir etdiyi bildirilir. İddiaya görə, Sədaqət Ağayev bir neçə gündür ki, rayonun adıçəkilən kəndində taxıl biçini aparan kombaynın işini yarımçıq saxlayıb. O, ağır texnikanı idarə edən şəxsə Tanrıqullar kəndində olan dostunun sahəsində iş görməyi tapşırıb. Bundan xəbər tutan kənd sakinləri kombaynın qarşısını kəsərək kənddən çıxmasına əngəl olublar.

Sədaqət Ağayevin isə onların narazılığına məhəl qoymadığı bildirilir. Məlumata görə, filial sədri deyib ki, kombayn 10 gün belə istifadəsiz qalar, amma Səmədabad kəndində taxıl biçini işləri aparılmasına icazə verilməyəcək.

Daha sonra kənd sakinləri ondan şəhid ailəsi olan Sənəm Əliyevanın sahəsinin biçilməsini xahiş ediblər. Lakin S.Ağayev onlara sərt cavab verərək S.Əliyevanı təhqir edib. Hətta onun şəhid anasının ünvanına küçə söyüşləri söydüyü deyilir. Bu söyüşdən qəzəblənən sakinlər filial sədrini döyüblər.

-2016- cı ildə yanvarın 26-da gecə iş yerində döyülən "Azpetrol" yanacaqdoldurma məntəqəsinin mühafizəçisi Sadiq Bağırov başda general Məhərrəm Əliyevin idmançı qohumu İsa Əzizov olmaqla bir qrup idmançı tərəfindən döyülüb.

Mühafizəçisi başına gələnləri Azvizision.az saytına danışıb. O, gecə saatlarında "Bentley" markalı maşının yanacaqdoldurma məntəqəsinə daxil olduğunu, sürücünün pəncərəni açaraq 100 manatlı benzin sifariş verdiyini və daha sonra həmin şəxslərin ödəniş etməkdən boyun qaçırdılarını deyib. Onun sözlərinə görə, maşından düşən oğlanların hücumuna məruz qalıb.

Qeyd edək ki, Sadiq Bağırov deyib ki, ixtisasca jurnalistdir. Xəzər Universitetinin jurnalistika fakültəsini bitirib. İxtisasına uyğun iş tapa bilmədiyi üçün "Azpetrol"da mühafizəçi işləyir.

-2016-cı il aprel ayında Binəqədi rayonunda Cavadxan küçəsində, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısında güllələnmə hadisəsi qeydə alınıb.

Naməlum şəxs avtomat silahdan 43 yaşlı Qasımov Hüseyn Əli oğlunu güllələyib. Nəticədə Əli Qasımov güllə yaraları alıb və ətrafdakı şəxslər tərəfindən xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub. Atılan çoxsaylı güllələrdən bir neçəsi yol kənarında dayanan "Niva" markalı avtomobilə və Milli Oftalmologiya Mərkəzinin gözətçi otağına dəyib.

Hüseyn Qasımova avtomat silahdan atəş açmaqla xəsarət yetirmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Hüseynli tutulub.
Onun Binəqədi rayonu ərazisində kirayədə yaşadığı evdən AKM markalı silah, 22 ədəd patron və patron darağı aşkar edilərək götürülüb.
Zərərçəkənin verdiyi məlumata görə, G.Süleymanovanın ona 35 min manat borcu olub, məhz bu səbəbdən də R.Hüseynliyə onu öldürməyi sifariş verib.

Qeyd edək ki, Hüseyn Qasımov Bərdə Rayon İcra Hakimiyyətində şöbə müdirinin müavini vəzifəsində çalışıb.

-2015- ci ildə Sabunçu rayonu, Bülbülə qəsəbəsi bələdiyyəsinin sədri və əməkdaşı döyülüb.

Sabunçu rayon Polis İdarəsi 31-ci polis bölməsindən verilən məlumata görə, Bülbülə qəsəbə Bələdiyyəsinin sədri, 1960-cı il təvəllüdlü Natiq Müseyib oğlu Həsənovu və bələdiyyədə mühəndis işləyən 1984-cü il təvəllüdlü Samir Valeh oğlu Əliyevi döyülmələrilə bağlı şikayət ediblər.

Onlar bildiriblər ki, qəsəbə sakini, 1970-ci il təvəllüdlü Araz Əli oğlu Həsənov tərəfindən döyülüblər.

Hadisəni törədən şəxsi saxlayıblar. Araşdırmalar zamanı məlum olub ki, hadisə yer üstündə baş verib.

Sədr açıqlamasında döyüldüyünü təsdiqləyib. O, bildirib ki, Araz Həsəov Bülbülə qəsəəsində böyük bir ərazini qeyri-qanuni şəkildə zəbt edib.

Həmin ərazi neft sahəsinə düşdüyü üçün onu boşaltmaq lazım olub. Bələdiyyə sədri də bunun üstündə Araz Həsənovla mübahisə edib.

Məlumata əsasən qeyd edək ki, zərərçəkənləri Araz Həsənov bizi bel, taxta parçaları ilə vurub.

-2015- ci ildə Daxili İşlər Nazirliyi (DİN) Bakıda restoranda 6 nəfəri güllələyən məmur oğlundan silah götürüldüyünü açıqlayıb.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 21-də

Lökbatan qəsəbəsində yerləşən "Zeytə" restoranının qarşısında 6 nəfərə tüfəngdən açdığı atəşlə xəsarət yetirib hadisə yerini tərk etmiş

Məhərrəm Əliyev və Zaqatala rayon sakini Samir Epdiyev tutulublar.

M.Əliyevdən hadisəni törədərkən istifadə etdiyi "Bunta Maqnum" markalı tüfəng götürülüb.

2015- ci ildə Sabunçu rayonu, Bülbülə qəsəbəsi bələdiyyəsinin sədri və əməkdaşı döyülüb.

-Sabunçu rayon Polis İdarəsi 31-ci polis bölməsindən verilən məlumata görə, Bülbülə qəsəbə Bələdiyyəsinin sədri, 1960-cı il təvəllüdlü Natiq Müseyib oğlu Həsənovu və bələdiyyədə mühəndis işləyən 1984-cü il təvəllüdlü Samir Valeh oğlu Əliyevi döyülmələrilə bağlı şikayət ediblər. Onlar bildiriblər ki, qəsəbə sakini, 1970-ci il təvəllüdlü Araz Əli oğlu Həsənov tərəfindən döyülüblər.

Hadisəni törədən şəxsi saxlayıblar. Araşdırmalar zamanı məlum olub ki, hadisə yer üstündə baş verib.

Sədr açıqlamasında döyüldüyünü təsdiqləyib. O, bildirib ki, Araz Həsəov Bülbülə qəsəəsində böyük bir ərazini qeyri-qanuni şəkildə zəbt edib.

Həmin ərazi neft sahəsinə düşdüyü üçün onu boşaltmaq lazım olub. Bələdiyyə sədri də bunun üstündə Araz Həsənovla mübahisə edib.

Məlumata əsasən qeyd edək ki, zərərçəkənləri Araz Həsənov bizi bel, taxta parçaları ilə vurub.

-2014- cü ildə Masallıda bələdiyyə sədri döyülüb, məmur işdən çıxarılıb.

Masallıda Gəyəçöl bələdiyyə sədri Bəybala Əsədovu döyən sahibkar İlham Abışovun ölkədən çıxışına qadağa qoyulub.

Xatırladaq ki, bələdiyyə sədri Bəybala Əsədovla Rusiya vətəndaşı olan sahibkar İlham Abışov arasında torpaq üstündə düşən mübahisə davaya çevrilib və bələdiyyə sədri ölümünə döyülüb. B.Əsədov ölümcül halda Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sakinlər qeyd ediblər ki, B.Əsədovu döyən İlham Abışov həm də Gəyəçöl kəndində şadlıq evinin sahibidir.