SON DƏQİQƏ: İsrail ordusuna HÜCUM ƏMRİ VERİLDİ - Bombardman başladı

İsrailin Baş naziri Binyamin Netanyahu orduya Qəzza bölgəsinə zərbələr endirmək barədə əmr verib.

SON DƏQİQƏ: İsrail ordusuna HÜCUM ƏMRİ VERİLDİ - Bombardman başladı
https://www.peyk.az

Publika.az-ın məlumatına görə, hökumət başçısı sosial media hesabındakı açıqlamasında bildirib ki, bölgədəki vəziyyəti müzakirə etmək üçün Milli Təhlükəsizlik Təşkilatı və Kəşfiyyat idarəsinin rəhbərləri ilə bir araya gəlib. Toplantı zamanı Qəzzada hava əməliyyatlarının davam etdirilməsi barədə qərar qəbul olunub. Netanyahunun açıqlmasından bir neçə dəqiqə sonra İsrail qırıcıları Qəzza bölgəsini bombalayıb.

Tələfat barədə məlumat olmasa da, bir neçə hədəfin yerlə bir edildiyi bildirilib.

Qeyd edək ki, Qəzzada İsrail təhlükəsizlik əməkdaşlarının müdaxiləsi nəticəsində 1 fələstinli həlak olub. Buna cavab olaraq, Fələstindən İsrailə son 24 saat ərzində 20 raket atılıb.