SON DƏQİQƏ: "Kurtlar Vadisi"nin məşhur aktyoru öldü

SON DƏQİQƏ:
https://www.peyk.az

Məşhur aktyor Tarık Ünlüoğlu 61 yaşında vəfat edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddətdir müalicə alan aktyor xəstəxanada dünyasını dəyişib.

“Kurtlar Vadisi”ndə Testereci rolu ilə məşhurlaşan aktyor ötən ay ağciyərində meydana gələn problemdən dolayı təcili xəstəxanaya yerləşdirilmişdi. Sonuncu dəfə “Eşkiya Dünyaya Hökmdar Olmaz “ serialında çəkilən Tarık Ünlüoğlu səhhətində yaranan problemlərdən dolayı layihədən uzaqlaşmaq məcburiyyətində qalmışdı.