SON DƏQİQƏ: Türkiyə ordusundan HÜCUM - Onlarla hərbçi həlak oldu

Suriyanın Neyrab kəndi Türkiyə ordusunun dəstəklədiyi müxalif silahlıların nəzarətinə keçib.

SON DƏQİQƏ: Türkiyə ordusundan HÜCUM - Onlarla hərbçi həlak oldu
https://www.peyk.az

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, strateji önəmə sahib kənd uğrunda döyüşlər zamanı Suriya ordusu çox sayda itki verib. Rusiya qırıcılarının və İran dəstəkli qrupların dəstəyinə baxmayaraq Suriya ordusu geri çəkilmək məcburiyyətində qalıb. Müxalif qüvvələrin itkiləri barədə məlumat verilmir. Bu, son günlər Suriya ordusunun uğradığı ən ağır məğlubiyyət sayılır.

Qeyd edək ki, İdlibdə yerləşən Neyrab kəndi Suriya ordusunun nəzarətinə keçən Serakib kəndinə açılan “qapı” rolunu oyanır. Həmin kəndlər Dəməşq-Hələb yolu üzərində yerləşdiyindən strateji önəmə sahibdir. Türkiyə ordusu Soçi sazişinə əməl etməyən Suriya ordusunun qarşısını almaq üçün İdlibə minlərlə hərbçi və zirehli texnika cəlb edib.