Sona Vəliyevanın romanı Rusiyada nəşr edildi

Sona Vəliyevanın romanı Rusiyada nəşr edildi
https://www.peyk.az

Rusiyanın çox məşhur "Xudojestvennaya literatura” nəşriyyatına tanınmış yazıçı Sona Vəliyevanın görkəmli Azərbaycan maarifçisi Həsən bəy Zərdabinin ömür yoluna həsr edilmiş "İşığa gedən yol” romanı rus dilində nəşr olunub. Romanı rus dilinə Nadejda Qafarova çevirib.

Teleqraf.com-un məlumatına görə, kitabın redaktoru P.Orlovadır.

Kitaba "Yaradıcı mütəfəkkir” "ön söz”ü nəşriyyatının baş redaktoru, akademik, rus dili və ədəbiyyatı Akademiyasının vitse-prezidenti, Rusiya Yazıçılar İttifaqının katibi Georgi Pryaxin yazıb.