Sonsuzluqdan əziyyət çəkən qadınlara kömək edən OTLAR

Sonsuzluq müasir dövrün bəlasıdır. Qadın sonsuzluğu zamanı əsas müalicə ilə yanaşı bəzi otların qəbulu da yaxşı kömək edir.

Sonsuzluqdan əziyyət çəkən qadınlara kömək edən OTLAR

Sonsuzluq müasir dövrün bəlasıdır. Qadın sonsuzluğu zamanı əsas müalicə ilə yanaşı bəzi otların qəbulu da yaxşı kömək edir.

Peyk.az kp.ru-ya istinadla rusiyalı fitoterapevt (otlarla müalicə edən mütəxəssis) L.Kozırevanın bəzi tövsiyələrini sizə təqdim edir.

Fitoterapevt sonsuzluqdan əziyyət çəkən qadınlara zəncirotu kökləri, kalendula, çobanyastığı, moruğun yarpaqları, bağayarpağı toxumları, yovşan kimi otların faydalı olduğu qeyd edir. Bu otları ayrı-ayrı və ya birlikdə qəbul etmək olar. Lakin qəbul etdikdən əvvəl mütləq müalicə həkiminizlə məsləhətləşin. 

Həmçinin Kozırevanın sözlərinə görə, həm kişi, həm də qadın sonsuzluğu zamanı cücərdilmiş buğda yaxşı kömək edir. Fitoterapevt cücərdilmiş buğdanı ətçəkən maşınından keçirməyi və balla qarışdırıb hər gün yeməkdən 30 dəqiqə əvvəl 1 x.q. olmaqla qəbul etməyi tövsiyə edir.Peyk.Az

Peyk.Az