“Sony” ilk elektrik avtomobilinin konseptini təqdim edib

Sony şirkəti ilk “Vision-S” elektrik avtomobilinin konseptini nümayiş etdirib.

“Sony” ilk elektrik avtomobilinin konseptini təqdim edib
https://peyk.az

Təqdimat CES 2020 sərgisi çərçivəsində baş tutub. Şirkət avtomobilin müzakirəsinə cəmi bir neçə dəqiqə vaxt ayırıb və onun təfərrüatları barədə hələ ki məlumat yoxdur.

The Verge xəbər verir ki, maşın 33 datçiklə təchiz olunub. Onlar daxildə və çöldə yerləşdiriliblər. Bundan başqa, avtomobildə bir neçə genişformatlı displey və “360 Reality Audio” səs sistemi var.

Şirkət konsept üzərində bir sıra digər bazar oyunçuları ilə birgə işləyib. Onların arasında Nvidia, Bosch, Qualcomm, BlackBerry və başqaları var. Avtomobil üçün platformanı “Magna” avtohissələr istehsalçısı şirkəti yaradıb.

Motor1-in verdiyi məlumata görə, “Vision-S”in iki elektromühərriki var və onların sayəsində 4,8 saniyə ərzində 100 km/s sürət yığa  və maksimal sürəti 240 km/s-a kimi çatdıra bilir.

Qeyd etdiyimiz kimi, şirkətin sözügedən avtomobili istehsala verib-verməyəcəyi hələ ki məlum deyil.