“Sosiskanı oğlumuza yedizdirirdik, özümüz ac qalırdıq” — Brilliant

"Ölkə.Az" qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “5-də 5” proqramında qonaq olarkən deyib.

“Sosiskanı oğlumuza yedizdirirdik, özümüz ac qalırdıq” — Brilliant

Sənətçi ailəsindən söhbət açaraq, həyat yoldaşı Ədalət Hacıyevlə çətin günlər yaşadığını qeyd edib: “Ədalət müəllimlə bir-birimizə çox bənzəyirik.1985-ci ildə tanış olmuşuq, o vaxtdan bu yana əl-ələ davam etmişik. Pulsuz anlarımız olub.

O vaxtlar paketin içində preslənmiş beş ədəd sosiska satırdılar. Onu ancaq uşağımıza verirdik, biz yemirdik. Çünki ev almışdıq, onu ödəməyə çalışırdıq. Çətinlik hər bir ailədə olub. Gənc ailə idik, hərc-mərclik zamanında yaşayırdıq. Yoldaşım Rus Dram Teatrının direktor müavini vəzifəsində çalışırdı. O dövrdə heç fikir vermirdi”.

Xalq artisti daha sonra “bu sənətdən uzaqlaşmaq istəmisiniz?” sualına belə rəy verib: ;“İndiki vaxtda ağzına gələni danışan, şər-böhtan var. Hər interneti olanın əlində televiziyası var. Orada da senzura yox. Tərbiyəni insan evdə almalıdır. Əgər yoxdursa, biz o tərbiyəni verə bilmərik. Bəzən bunları görüb düşünürəm ki, bəlkə daha oxumayım.

Amma bunun müqabilində musiqini sevən tamaşaçı var. Onlar üçün yaşamağa dəyər. Fikirləşirəm ki, həyatımızın mənası oldu. Nəsə edə bildik bu həyatda”.

Ölkə.Az

"Ölkə.Az" xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova “Xəzər” televiziyasında yayımlanan “X maqazin” proqramına verdiyi müsahibədə deyib.

Xalqın sevilən sənətkarı qisasçı olduğunu bildirib:

“Şirin dilə, komplimentə inanma. Səni söyəni sona kimi qov, divara dirə. Bir sözlə, əgər onları cəmləşdirsəm, belə çıxır ki, qisas alanam. Bəli, bu belədir”

F.Kərimova həmkarlarına dayaq olduğunu söyləyib:

“Müğənnilərə arxayam. Heç kimi qapımdan peşman qaytarmamağa çalışmışam. Elə adamlar olub ki, yalan danışıblar. Elə adamlar olub ki, hər şeydən keçib, mənəviyyat deyilən sözün fərqinə, çəkisinə varmayaraq gözünü yumub, ağızlarını açıblar”.

“Çörəyimin duzu yoxdur” deyən Xalq artisti xoşbəxt ana olduğunu söyləyib:

“Lakin əlimin duzu ilə böyüyən övladlarım var. İndi mənə sual verəndə ki, “xoşbəxtsiniz?” deyirəm ki, ana kimi xoşbəxtəm, lakin bir vətəndaş kimi sınığam”.

Taleyinin üzünə gülməyən zamanların ;olduğunu ;bildirən 79 yaşlı F.Kərimova gündəmdə qalmaq üçün hətta abırından keçən sənətçilərin olduğunu söyləyib:

“Məni heç kim və heç nəyi ilə təəccübləndirə bilməz. Taleyimin qapazlı zamanı da olub, toy-büsatlı dönəmi də. Tamaşaçım yox, millətim var. O millətim isə arxamda durur. Mənə biz söz deyiləndə ;millət cavab verir.

Gündəmdə qalmağın yolları çoxdur: abırlı, abırsız, mənəviyyatsız, şəxsiyyətini qoruyan. O, insanın təbiətindən asılıdır”.

"Ölkə.Az" ;xəbər verir ki, vokal müsabiqəsinin təkrarolunmaz münsifləri Hadisə ilə Murat Boz Acun Ilıcalının “münsiflər dəyişəcək” açıqlamasından sonra sosial media hesablarında paylaşımları ilə “O səs Türkiyə”dən uzaqlaşmalarına işarə vurublar.

Onlar “O səs Türkiyə”də çəkilmiş şəkillərini paylaşaraq, sanki ayrılıq mesajını veriblər. Məsələ ilə bağlı sosial media əhli ;hər iki sənətçiyə və müsabiqənin rəhbəri A.İlıcalıya suallar ünvanlasalar da, heç bir reaksiya verilməyib.

“O səs Türkiyə”nin digər münsifləri - Beyazit Öztürklə ;Seda Sayanın müsabiqədə qalıb-qalmayacağına dair isə ;açıqlama verilməyib. oxu.az