Sərhədlərini açan ölkələrə ÜST-dən - Tövsiyə

ÜST-ün Covid-19 üzrə baş sözçüsü Tarik Jasareviç bəzi ölkələr arasında sərhədlərin açılmasına münasibət bildirib. “Peyk.AZ” xəbər verir ki, Jas

Sərhədlərini açan ölkələrə ÜST-dən - Tövsiyə

ÜST-ün Covid-19 üzrə baş sözçüsü Tarik Jasareviç bəzi ölkələr arasında sərhədlərin açılmasına münasibət bildirib.

“Peyk.AZ” xəbər verir ki, Jasareviç REAL TV-yə müsahibəsində bunun müəyyən şərtlər daxilində mümkün olduğunu qeyd edib:

“Bütün ölkələr sərhədlərin açılması haqda qərarlar qəbul edirlər. Düşünürəm ki, regional əməkdaşlıq vacib məsələdir. Ölkələr bir-birlərinin qonşuluğunda virusa qarşı hansı tədbirlərin görüldüyünü, yoluxmanın hansı səviyyədə olduğunu bilirlər. Sərhədlərin açılmasında əsas məsələ ölkələr arasında epidemioloji kəşfiyyat sisteminin sağlam funksiyasını təmin etməkdir ki, bununla da əgər xaricdən virusa yoluxan insanlar gələrsə, buna qarşı lazımi tədbirlər görsünlər. Bilirik ki, virus sərhəd tanımır. Sərhədlərin açılması məlum olduğu kimi, iqtisadi fəallığı təmin etmək üçün şərtlərdən biridir. Lakin sərhədləri açdıqda virusun harda olduğu dərhal müəyyən edilməli və onun qarşısı alınmalıdır”.