Şri-Lankada təyyarə qəzası - 4 hərbçi öldü

Şri-Lankanın cənubundakı Uva əyalətində Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.

Şri-Lankada təyyarə qəzası - 4 hərbçi öldü
https://peyk.az

Peyk.az-ın məlumatına görə, hadisə nəticəsində 4 hərbçi həlak olub.

Təyyarə dağlıq əraziyə düşüb. Hadisə yerinə xilasedicilər göndərilib.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.