Sərxoş sürücü karantin qaydalarını pozdu, polisə müqavimət göstərdi - FOTO

Şabran rayonunda sərxoş halda karantin qaydalarını pozan sürücü saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar rayon ərazisində xidmətdə olarkən sərxoş halda yük avtomobilini idarə edən və...

Sərxoş sürücü karantin qaydalarını pozdu, polisə müqavimət göstərdi - FOTO

Şabran rayonunda sərxoş halda karantin qaydalarını pozan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar rayon ərazisində qulluq də olarkən sərxoş halda yük avtomobilini idarə edən və karantin qaydalarını pozan Hacıqabul rayonunun Atbulaq kənd sakini Babək Güləliyevi saxlayıblar.

Saxlanılan zaman o, məsuliyyətdən yayınmaq üçün polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa çalışıb, lakin buna müvəffəq olmayıb.

Həmin sürücü barəsində RPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq, baxılması üçün rayon məhkəməsinə göndərilib və B.Güləliyev Şabran Rayon Məhkəməsi tərəfindən inzibati qaydada 15 gün müddətinə həbs edilib.