Start heyətlər: "Sevilya" - "Qarabağ"

UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin beşinci turu çərçivəsində “Sevilya” - “Qarabağ” klubları arasında noyabrın 29-da, Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək qarşılaşma üçün komandaların start heyətləri açıqlanıb.

Start heyətlər:
https://peyk.az

Peyk.az xəbər verir ki, Sevilya şəhərindəkı “Xuan Sançes Pisxuan” stadionunda keçiriləcək görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Asmir Beqoviç, Ailton Silva, Bədavi Hüseynov, Maksim Medvedev, Rahil Məmmədov, Abbas Hüseynov, Miçel Madeyra, Riçard Almeyda, Qara Qarayev, Zubir və Xayme Romeo yer alıblar.

“Sevilya”nın heyətində isə meydana Bunu, Poso, Serxio Qomes, Daniel Karrisu, Eskudero, Roni Lopeş, Qudel, Oliver Torres, Munir, Dabbur və Ernandes çıxacaqlar.

Qarşılaşmanın idarə edilməsi İsveçdən olan hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Məhəmməd Əl-Hakimi olacaq.

A qrupunun digər oyununda Lüksemburqun “Düdelanj” klubu öz meydanında Kiprin APOEL komandasını qəbul edəcək.

Dörd turdan sonra aktivində 12 xal olan “Sevilya” qrupda birinci pillədə qərarlaşıb. Aktivində 4 xal olan APOEL və “Qarabağ” ikinci və üçüncü yerləri bölüşürlər. “Düdelanj” isə üç xalla sonuncu - dördüncü yerdə qərarlaşıb.