Su altında evlilik təklifi FACİƏ OLDU - FOTOLAR

Su altında evlilik təklifi FACİƏ OLDU - FOTOLAR
https://peyk.az

Tanzaniyada sevdiyi qıza su altında evlilik təklif etməyə çalışan Stiv Veber adlı gənc boğularaq həlak olub.

Metbuat.az xəbər verir ki, hadisə Zənzibar adası sahillərində yerləşən sualtı otellərdən birində baş verib.

Veber sevgilisi Keneşa Antonie yuxulu olarkən, otağının pəncərəsinə "Səndə sevdiyim şeyləri deməyə yetəcək qədər nəfəsim yoxdur. Amma səndə sevdiyim hər şeyi hər gün daha çox sevirəm. Mənimlə evlənərsən?" qeydi olan məktub yapışıdırb.

Sevgilisinin ona tərəf üzük uzatdığını görən Keneşa sevinc içərisində həmin anları mobil telefonu ilə qeydə almağa başlayıb. Su altında havasız qalan Veber isə elə oradaca can verib.

Sevgilisinin ölüm xəbərini sosial şəbəkədə birgə çəkilmiş şəkilləri ilə açıqlayan Keneşa bu sözləri yazıb: "Sənə milyonlarla dəfə bəli deyirəm".