Home Xarici Su üzündə “qalan” məscid üzə çıxdı

Su üzündə “qalan” məscid üzə çıxdı

228
0

Cənubi Çin dənizindəki Likas körfəzi sahilində – Malayziyanın Kota Kinabalu şəhərində yerləşən məscidin heyrətamiz görüntüləri yayılıb.

PEYK.Az moderator.az-a istinadla xəbər verir ki, sözügedən məscidin rəsmi açılışı 2000-ci il fevralın 2-də baş tutub. Bəs bu ibadətgahı unikal edən nədir? Onun sanki suda üzməsi faktı. Hər halda məscidin müəyyən məsafədən görüntüsü belə bir təəssürat yaradır. Yerli sakinlər onu “üzən gəmi” adlandırırlar.

Bu müsəlman məbədi arzu edən hər kəsə açıqdır. Yalnız namaz zamanı məscidin qapıları turistlər üçün bağlanır.

“Üzən gəmi”nin əsas namaz zalında eyni vaxtda təxminən 12 min insan ibadət edə bilər.

Məscid ətrafındakı su hövzəsinin sahəsi o dərəcədədir ki, minarələr də daxil olmaqla bütün ibadətgah suda tamamilə əks olunur. Ancaq həmin gölün süni şəkildə yaradıldığı qeyd edilir.

Günün qürub etmə çağları və gecə boyunca məscidin sudakı əksi, xüsusilə, gözəl görünür…

Qeyd edək ki, dünyada su hövzələri yanında və ya əhatəsində qurulmuş daha 12 belə məşhur məscid var. Onlar haqda da zaman-zaman bəhs edəcəyik.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here