Süd məhsullarının istehsalı sexində ürəkbulandıran mənzərə - FOTOLAR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Gəncə şəhəri, Şəhriyar küçəsi ev 42 ünvanında fəaliyyət göstərən “DEVRİM” MMC-yə məxsus süd və süd məhsullarının istehsalı sexində yoxlama keçiriblər.

Süd məhsullarının istehsalı sexində ürəkbulandıran mənzərə - FOTOLAR
https://peyk.az

Peyk.az xəbər verir ki, agentlikdən verilən məlumata görə, yoxlama zamanı müəssisənin antisanitar şəraitdə, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə riayət etmədən fəaliyyət göstərdiyi müəyyən edilib.

Müəssisədə xüsusi risk qrupuna daxil olan məhsullardan olan südün ilkin emalı və süd məhsullarının istehsalı zamanı normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb. Belə ki, sexdə istifadə edilən südün keyfyyətinin yoxlanılması, kənar qarışıqlardan təmizlənməsi, pasterizasiyası, soyudulması, saxlanması qaydalarının kobud şəkildə pozulduğu müəyyən edilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.