Şumaxerin qızı italyanları mat qoydu

Cina arenaya atasına məxsus "Ferrari"nin dəbilqəsi və kombinezonunu geyinib. Atı da eyni cür bəzəyərək örtüyün üzərinə "atın gücü" ifadəsini yazdırıb

Şumaxerin qızı italyanları mat qoydu
https://peyk.az

Əfsanəvi pilot Mixael Şumaxerin qızı atasının şərəfinə atla şou təşkil edib. Peyk.az Sputnik Azərbaycana istinadən xəbər verir ki, o, "Ferrari"yə məxsus dəbilqə və kombinezon geyinib, atı isə həmin şirkətə məxsus emblemləri özündə əks etdirən örtüklə bəzəyib.

Yəqin ki, bu idman növünün azarkeşləri ən azından "Formula-1" yarışının 7 qat çempionunun oğlu Mik Şumaxer haqqında eşidiblər. O, "Formula-3" yarışından sonra daha çox tanınıb. Öz debüt çıxışında Şumaxer "Formula-1" yarışında ikinciliyə sahib olub.