Home İdman “Sumqayıt”da belə şeylə rastlaşmamışam – Ayxan Abbasov

“Sumqayıt”da belə şeylə rastlaşmamışam – Ayxan Abbasov

272
0

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində “Zirə”yə 1:3 hesabıyla məğlub olduqları oyundan sonra mətbuat konfransı keçirib.

 

Peyk.az xəbər verir ki, o, “Sumqayıt”ın baş məşqçisi kimi iştirak etdiyi ilk oyundan sonra bunları söyləyib:

“Əlbəttə, bu oyuna çox ciddi hazırlaşmışdıq. Futbolçuların meydanda əzmkarlığı görünürdü. Rəqibi təhlil etmişdik. Paltardəyişmə otağında futboçulara dedim ki, 65 dəqiqə oynadıq, son 25 dəqiqə istədiyimizi yerinə yetirmə bilmədik. Qələbə istəyiriksə, 90 dəqiqə dözmək lazımdı. Cərimə zərbəsindən buraxdığımız 2-ci qol planlarımızı pozdu. Qış fasiləsinədək maksimum nəticə qazanmağa çalışacağıq. Bu gün Aleksey İsayevi hücumda da istifadə edirdik. İnanıram ki, o, orda da çıxış edə bilər. Əli Babayev zədə üzündən meydandan çıxandan sonra pressinq azaldı. İndi durub yeni baş məşqçi kimi fiziki hazırlıqdan danışmağım düzgün olmazdı. İstədiyim futbolu özüm hazırlamalıyam. Qış fasiləsində yeni futbolçularımız da olacaq, komandanı hazırlayandan sonra tələblərimizi edəcəyik. Məndən əvvəl nə olub bilmirəm. Klub prezidentinin öz işi var, mənim öz işim. Riad Rəfiyev neçə illərdi futboldadı. Xəyal Nəcəfov bu gün göstərdi ki, normal futbol oynaya bilər. Çalışacaqsa, yenə oynayacaq. Heç vaxt Riad müəllim deməz ki, bu futbolçunu oynat. Xarakterim elədi ki, özüm qərar verirəm. “Sumqayıt”da belə şeylə rastlaşmamışam. Bizdə də səhvlər ola bilər. Vəzifəm rəhbərliyə görülən işlə bağlı məruzə etməkdi”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here