Sumqayıtda binada uçqun olub — Dağıntılar altında qalanlar var - FOTO

"Ölkə.Az" report-a istinadən xəbər verir ki, hadisə 12-ci mikrorayonda qeydə alınıb.

Sumqayıtda binada uçqun olub — Dağıntılar altında qalanlar var - FOTO

İlkin məlumata görə, binanın giriş hissəsi uçub. Nəticədə 1970-ci il təvəllüdlü İdrak Hüseynov və 1967-ci il təvəllüdlü Gülxanım Cəfərova xəsarət alıblar. ;

Hadisə zamanı dağıntılar altında daha 3 nəfərin qaldığı bildirilir. Əraziyə xilasedicilər cəlb edilib və hazırda təxliyə işləri aparılır. Hadisə yerinə həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları və Qubadlı Rayon İcra Hakimiyyətinin nümayəndələri cəlb olunub.

Ölkə.Az