Sumqayıtda qonşusu tərəfindən döyülən gənc 4 ay sonra dünyasını dəyişib — MƏHKƏMƏ

"Ölkə.Az" xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Sumqayıtda qonşusu tərəfindən döyülən gənc 4 ay sonra dünyasını dəyişib — MƏHKƏMƏ

Məhkəmə baxış iclası iyun ayının 8-nə təyin olunub.

Qeyd edək ki, hadisə Sumqayıt şəhəri "Tuqzavod" adlanan ərazidə baş verib.

Orada yaşayan Quliyev Natiq Əliyusif oğlu qonşuluqda yerləşən fermadakı tikilidə yaşayan Bağırov Akif Səfər oğlunu xüsusi amansızlıqla döyüb.

A.Bağırov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Bir müddət müalicədən sonra evə buraxılan A.Bağırov yaşadığı fermadakı tikilidə dünyasını dəyişib.

Saxlanılan Natiq Quliyevə qarşı cinayət məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə ittiham elan olunub.

Ölkə.Az