Sumqayıtdakı cinayətin təfərrüatı açıqlandı — 3 nəfər bir-birini bıçaqlayıb

"Ölkə.Az" Baş Prokurorluğa istinadən xəbər verir ki, hadisə yerindən cinayətin aləti olan iki ədəd bıçaq və digər əşyalar götürülmüş, təxirəsalınmaz prosessual hərəkətlər aparılmışdır.

Sumqayıtdakı cinayətin təfərrüatı açıqlandı — 3 nəfər bir-birini bıçaqlayıb

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmiş, hadisəni görən şəxslərin dairəsi müəyyənləşdirilərək dindirilmişlər.

İlkin istintaqla müəyyən edilmişdir ki, Namiq Rəhimov iyunun 6-da saat 20 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən parkda şəxsi münasibətlər zəminində aralarında baş vermis mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla Tofiq Qasımova kürək nahiyəsinə, sonuncunun qardaşı Zöhraba isə ağ ciyərinə nüfuz edən deşilmiş-kəsilmiş xəsarətlər yetirmişdir. Zöhrab öz növbəsində gəzdirdiyi bıçaqla Namiqin ürək nahiyəsinə bir bıçaq zərbəsi yetirmişdir.

Tofiq Qasımov və Namiq Rəhimov Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsalar da həkimlərin səyinə baxmayaraq sonuncunun həyatını xilas etmək mümkün olmamışdır.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ölkə.Az