Sumqayıtın bəzi qəsəbələrində suyun verilməsi məhdudlaşdırılacaq

Bu gün Sumqayıt şəhərinin bəzi qəsəbələri və yaşayış massivlərinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.

Sumqayıtın bəzi qəsəbələrində suyun verilməsi məhdudlaşdırılacaq

Peyk.az sonxebere istinadən xəbər verir ki, "Azərsu" ASC-dən verilən məlumata görə, Sumqayıt Karbamid Zavoduna yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsi səbəbindən 2019-cu ilin noyabrın 4-də Sumqayıt stansiyası, Müşfiqabad, Nübar, Çiçək, Hökməli qəsəbələri və ətraf yaşayış massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Su təchizatının axşam saatlarında bərpa edilməsi nəzərdə tutulur.