Süni mayalanma nəticəsində doğulmuş uşaqlar TƏHLÜKƏDƏDİR

Ben-Qurion Universiteti (İsrail) alimləri 1991-2014-cu illər arasında doğulmuş uşaqların sağlamlıqla bağlı olan məlumatlarını təhlil etdidən sonra...

Süni mayalanma nəticəsində doğulmuş uşaqlar TƏHLÜKƏDƏDİR

Ben-Qurion Universiteti (İsrail) alimləri 1991-2014-cu illər arasında doğulmuş uşaqların sağlamlıqla bağlı olan məlumatlarını təhlil etdidən sonra belə nəticəyə gəliblər ki, süni mayalanma nəticəsində dünyaya gələn uşaqlarda təbii yolu ilə ilə doğulan uşaqlarla müqayisədə xərçəng xəstəliyinin riski 3 dəfə çoxdur.

Dni24 xəbər verir ki, araşdırmaya görə anada xüsusi preparatların köməyi ilə yumurta hüceyrəsinin süni şəkildə yetişdirilməsi (ovulyasiyanın stimulyasiyası) uşaqlarda xərçəngin riskini 2 dəfə artırır.

Təbii ki, söhbət yalnız riskdən gedən. Bu heç də o demək deyil ki, belə uşaqlarda mütləq xərçəng xəstəliyi inkişaf edəcək. Lakin alimlər valideynləri uşaqlarına qarşı daha diqqətli olmağı çağırır.

Digər araşdırmalar göstərib ki, süni mayalanma nəticəsində doğulan uşaqlarda təbii yolu ilə dünyaya gələn uşaqlarla müqayisədə autizm xəstəliyinə 2 dəfə daha tez-tez təsadüf edilir.Peyk.Az

Peyk.Az