"Suriya böhranının həllinin yeganə yolu..." - Zərif açıqladı

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif BMT Baş katibinin xüsusi elçisi Qeyr Pedersen ilə Suriyadakı vəziyyəti müzakirə edib.

https://peyk.az

Peyk.az xarici KİV-ə istinadən xəbər verir ki, Zərif Q.Pedersenə Suriya böhranının həllinin yeganə yolunun siyasi yol olduğunu deyib:

“İran Suriyanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə riayət edilməklə bu məsələdə əməkdaşlıq etməyə hazırdır”. Q.Pedersen iranlı nazirə Suriya böhranının siyasi həllinin gedişindən danışıb.