Suriya xalqı Süleymanini unutmayacaq – Əsəd

Suriya xalqı ölkəni terrordan qoruyan general Qasım Süleymaninin xatirəsini yad edəcək. Süleymani öz həyatını vətənə xidmət və müqavimət qüvvələrinin ədalətli fəaliyyətinə həsr edib.

Suriya xalqı Süleymanini unutmayacaq – Əsəd
https://peyk.az

ABŞ-ın törətdiyi cinayət Suriyanın və İranın ABŞ-ın Yaxın Şərqdəki dağıdıcı siyasətinə qarşı mübarizə əzmini daha da gücləndirəcək.

Peyk.az xəbər verir ki, bu sözlər Suriya Prezidenti Bəşər Əsədin İranın Ali dini lideri Əli Xameneiyə ünvanladığı başsağlığı teleqramında qeyd edilib.

Suriya Prezidenti dörd iranlı hərbçi və İraqın Haşdi-Şabi şiə qruplaşmasının komandiri Əbu Mehdi əl-Mühəndisin qətli səbəbi ilə başsağlığını çatdırıb.