Suriyada terror aktı törədilib, ölənlər və xəsarət alanlar var

Suriyanın Qamışlı şəhərində terrorçu kamikdze özünü partladıb.

Suriyada terror aktı törədilib, ölənlər və xəsarət alanlar var

Suriyanın Qamışlı şəhərində terrorçu kamikadze özünü partladıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Suriyanın dövlət teleqraf agentliyi bildirib.

"Kamikadze özünü Qamışlıda, Xelku ərazisində partlatdı. Zərərçəkən yoxdur", - agentlik yazıb.

“Şam” FM radiostansiyası isə öz növbəsində mənbələrinə istinadən bildirib ki, terror aktı nəticəsində bir neçə insan həlak olub, həmçinin dinc əhali arasında da yaralananlar var.