Suriyada Türkiyə hərbçisi şəhid olub

Suriyada - “Barış pınarı” antiterror əməliyyatının keçirildiyi bölgədə əldəqayırma partlayıcının partladılması nəticəsində Türkiyənin bir hərbçisi şəhid olub.

Suriyada Türkiyə hərbçisi şəhid olub
https://peyk.az

Peyk.az “CNNTurk”ə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazriliyi yayıb.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, terror dövlətinin qurulmasına mane olmaq, Suriyada əmin-amanlığın yaradılmasına, qaçqınların evlərinə dönməsinə nail olmaqdır. Oktyabrın 18-də Türkiyə ilə ABŞ arasında əldə edilən razılaşmaya əsasən antiterror əməliyyatı dayandırılıb.