Sürüşmə ərazisində son vəziyyət... - Açıqlama

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkə üzrə sürüşmə sahələrindəki son vəziyyəti açıqlayıb.

Sürüşmə ərazisində son vəziyyət... - Açıqlama
https://peyk.az

Peyk.az xəbər verir ki, Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, Bakıda Zığ, Abşeron rayonun Masazır qəsəbəsində "Zəli gölü" və Nübar qəsəbəsindəki bəzi yerlər sürüşməyə meyilli ərazilərdir:

"Abşeron yarımadasındakı sürüşmə ərazilərində elə ciddi dəyişiklik müşahidə edilmir. Rayonlarda ənənəvi sürüşmə ərazilərində lokal tipli xırda uçqunlar baş verir. Bunlar nəzərə alınmazsa, ərazilərdə elə bir gərginlik yoxdur"