Sverdlovsk vilayəti Azərbaycana biznes missiyalar göndərəcək

Gələn il Rusiyanın Sverdlovsk vilayətinin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr Nazirliyi Azərbaycana bir sıra biznes missiyalar göndərməyi planlaşdırır.

Sverdlovsk vilayəti Azərbaycana biznes missiyalar göndərəcək
https://www.peyk.az

Milli.Az -ə istinadən xəbər veririk ki, bunu qurumun rəhbəri Vasili Kozlov deyib.

Onun sözlərinə görə, söhbət ayrı-ayrı sahələr üzrə biznes missiyalardan gedir:

"Missiyaların tərkibində kimya sənayesi, informasiya texnologiyaları və digər sahələrin nümayəndələri olacaq. Eyni zamanda, Sverdlovsk vilayəti müxtəlif istehsal sahələri üzrə yüksək texnoloji əməliyyatlar üçün Azərbaycandan mütəxəssisləri cəlb etməyə hazırdır".

Milli.Az